"Vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü iki ölkə arasındakı münasibətlərin istiləşdirilməsi istiqamətində növbəti əhəmiyyətli addımdır".
Bunu "Unikal"a açıqlamasında deputat Aydın Mirzəzadə deyib. O bildirib ki, bu görüşdən başqa Azərbaycan ərazisindən Ermənistana gedən taxıl dolu qatarların buraxılması vacib hadisə hesab edilə bilər:
"Ölkələr sülh müqaviləsi imzalanmağa doğru çox ciddi addımlar atırlar və burada Azərbaycan nümunə göstərir. Son söz Ermənistanındır. Əgər Azərbaycanla doğurdan da normal qonşuluq münasibətləri yaratmaq istəyirsə, öz konstitusiyasından müvafiq bəndi çıxarmalıdır. Eyni zamanda Azərbaycana qarşı ikili mövqeyindən birmənalı şəkildə əl çəkməlidir. Belə olduğu halda vətəndaş cəmiyyəti xətti ilə, parlamentlərarası və ziyalılar arasında humanitar əlaqələri bundan sonra daha da genişləndirmək olar".
Anar Kəlbiyev