AZ

Qarabağ və Şərqi Zəngəzurun minalardan təmizlənəcəyinə ümidvarıq - Almaniyadan olan səyyah

Bakı. Trend:

Qarabağ və Şərqi Zəngəzurun tamamilə minalardan təmizlənəcəyinəümid edirik.

Trend xəbər verirki, bunu Almaniyadan olan səyyah Torsten Salaske Füzuliyə səfərizamanı jurnalistlərə açıqlamasında bildirib.

“Biz hamımız sülhə və bu ərazilərin tamamilə minalardantəmizlənəcəyinə ümid edirik. Bu, olduqca vacib və çətin bir işdir,belə ki, o məhz burada yaşayan insanların həyattəhlükəsizliklərinin təmin olunmasına yönəlib.”, -deyə obildirib.

Torstenin sözlərinə görə, minalardan təmizləmə prosesininizləmək onda böyük təəsürat yaradıb.

“Bu müharibə və gələcək barədə düşüncələrə dalmağa məcbur etdi.Minaların zərərsizləşdirilməsi ilə məşğul olan hərkəsə, o cümlədənhərbçilərə və mütəxəssislərə təşəkkürümü bildirmək istərdim”, -deyə o bildirib.

Qeyd edək ki, səkkiz ölkədən olan səyahətçilər qrupuna “ExtremeTraveler International Congress” (ETIC – Beynəlxalq EkstremalSəyyahlar Konqresi) klubunun rəhbəri Kolya Sporin rəhbərlikedir.

Nümayəndə heyəti Ağdam–Xankəndi–Laçın–Şuşa–Füzuli marşrutu üzrəiki günlük avtomobil səyahəti planlaşdırır.

Azad olunmuş ərazilərin "black tourism" (qara turizm)çərçivəsində tanıdılması və genişmiqyaslı tikinti və bərpaişlərinin nümayiş etdirilməsi məqsədilə aparıcı beynəlxalqsəyahətçi klubları 2021–2025-ci illərdə Qarabağ və Şərqi Zəngəzurbölgələrinə 14 səfər təşkil edib. Bu, artıq 15-ci beləsəfərdir.

Məqalədə:
Seçilən
40
az.trend.az

1Mənbələr