AZ

Norveçdə Avstraliya üçün gəmi əleyhinə raket sınaqdan keçirilib

Konsberg və Thales şirkətləri Avstraliya Müdafiə Qüvvələri üçün nəzərdə tutulmuş StrikeMaster mobil buraxılış qurğusundan NSM gəmi əleyhinə raketi uğurla sınaqdan keçiriblər.

Herbiand.az bildirir ki, raketin sınağı Norveçdə aparılıb.

NSM (Naval Strike Missile) beşinci nəsil orta mənzilli gəmi əleyhinə raketdir. O, 185 km-ə qədər məsafədə həm suüstü, həm də quru hədəfləri vurmaq üçün nəzərdə tutulub. Alçaqdan uçan raket ərazini izləmək qabiliyyətinə malikdir və passiv istiqamətləndirmə sistemlərindən istifadə edir. Tərtibatçıların fikrincə, bu, qabaqcıl materialların istifadəsi ilə birlikdə NSM-nin hava hücumundan müdafiə sistemlərinin aşkarlanmasını çətinləşdirir.

NSM 0,7-0,9 Mach sürətinə malikdir (858-1103 km/saat). Sursatın uzunluğu 3,96 metr, çəkisi isə 407 kq-dır.

Avstraliyadan başqa Böyük Britaniya, Almaniya, İspaniya, Kanada, Malayziya, Niderland, Norveç, Polşa, Rumıniya və ABŞ da NSM raketləri sifariş edib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
87
herbiand.az

1Mənbələr