Hurriyyet.az xəbər verir ki, oktyabrın 23-də Rusiya ilə Ukrayna müharibədə həlak olmuş hərbçilərin cəsədlərini mübadilə ediblər.
Bu barədə RF Dövlət Dumasının deputatı Şamsail Saraliyev məlumat verib. O, Ukraynaya 1000 əsgərin nəşinin verildiyini bildirib: "31 nəfər 1000 nəfərlə dəyişdirilib. Rusiyaya 31 nəfərin nəşi qaytarılıb".
Rusiya və Ukrayna vaxtaşırı həlak olanların cəsədlərini dəyişdirirlər. Sentyabrın 18-də Kiyevə 1000, Rusiya isə 24 cəsəd verilib.
Mübadilə ilə bağlı razılıqlar yayın əvvəlində, İstanbul danışıqları zamanı əldə olunub.
Hürr Tərcüman