Gələn il Dövlət Turizm Agentliyinə 46,7 milyon manat vəsait ayrılacaq.
"APA-Economics" xəbər verir ki, gələn ilin dövlət büdcəsindən Dövlət Turizm Agentliyinə 46,7 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.
Məlumata görə, vəsaitin Azərbaycanda turizm imkanlarının genişləndirilməsi və stimullaşdırılması üçün xərclənilməsi planlaşdırılır.