AZ

“Liverpul”da ciddi itkilər

“Liverpul”un müdafiəçisi Ceremi Frimponq zədə səbəbindən bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.

İdmanxeber.az-ın məlumatına görə, UEFA Çempionlar Liqasının “Ayntraxt”la (5:1) oyununda start heyətində yer alan niderlandlı futbolçu 19-cu dəqiqədə zədə səbəbindən əvəzlənib.

Həmin görüşdə “qırmızılar”ın hücumçusu Aleksander İsak da qasıq nahiyəsindən xəsarət alıb.

Qeyd edək ki, “Liverpul” “Qarabağ”ın Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Seçilən
69
idmanxeber.az

1Mənbələr