AZ

Ukrayna və Rusiya meyitləri dəyişdilər

Bu gün Ukrayna və Rusiya arasında müharibənin gedişində həlak olmuş hərbçilərin meyitlərinin mübadiləsi aparılıb.

NOCOMMENT.az bu barədə Ukrayna və Rusiya KİV-nə istinadən xəbər verir.

Məlumata görə, Rusiya tərəfi Ukraynaya hərbçilərə aid olduğunu iddia etdiyi 1000 cəsədi, Ukrayna tərəfi isə Rusiyaya 31 meyit qaytarıb.

Hərbi əsirlərlə davranış üzrə Ukrayna Koordinasiya Qərargahından bildirilib ki, “bütün zəruri ekspertizalar və repatriasiya edilən cəsədlərin şəxsiyyətinin müəyyən edilməsi” yaxın vaxtlarda həyata keçiriləcək.

Məhbuslar və ağır yaralılar da daxil olmaqla, mübadilə ilə bağlı razılaşmalar yayın əvvəlində keçirilmiş İstanbul danışıqları zamanı əldə olunub.

Xatirə SADİQ

Seçilən
103
nocomment.az

1Mənbələr