Bakı. Trend:
Türkiyənin Mərkəzi bankı əsas uçot dərəcəsinin 40,5 faizdən 39,5faizə endirilməsi barədə qərar çıxarıb.
Trend xəbər verirki, bu barədə maliyyə tənzimləyicisinin saytında məlumatyayılıb.
“Pul siyasəti üzrə komitə uçot dərəcəsinin - bir həftəlik repohərraclarının dərəcəsinin 39,5 faizə endirilməsi barədə qərar qəbuledib”,- deyə məlumatda qeyd olunur.
Türkiyə Mərkəzi Bankının bu qərarı uçot dərəcəsininazaldılacağını gözləyən analitiklərin proqnozları ilə üst-üstədüşüb.
Türkiyə Mərkəzi Bankı 2023-cü ilin iyununda iki ildən artıqfasilədən sonra ilk dəfə uçot dərəcəsini 8,5 faizdən 15 faizəqaldırmışdı və 2024-cü ilin martınadək onu mütəmadi şəkildəartırmağa davam etmişdi.