Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanla İsveçrə arasındaticarət əməliyyatlarının həcmi 494,1 milyon ABŞ dolları təşkiledib.
Trend bubarədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Qeyd olunub ki, bu, 2024-cü ilin eyni aylarındakı göstərici iləmüqayisədə 165,5 milyon ABŞ dolları və ya 50,3% çoxdur.
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan İsveçrəyə301,6 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilineyni dövrü ilə müqayisədə 181,9 milyon ABŞ dolları və ya 2,5 dəfəçoxdur.
Hesabat dövründə Azərbaycandan sözügedən ölkəyə ixrac edilənmalların 247,7 milyon manatını qeyri-neft məhsulları təşkil edibki, bu da ötən ilin ilk 9 ayındakı göstəriciyə nisbətən 128,1milyon ABŞ dolları və ya 2,1 dəfə artım deməkdir. Dövr ərzindəİsveçrəyə qeyri-neft məhsullarının ixracı Azərbaycanın ümumiixracında 9,35% paya sahib olub. Bununla da sözügedən ölkəAzərbaycandan 3-cü ən çox qeyri-neft məhsulları alan ölkə olub.
Eyni zamanda, 2025-ci ilin yanvar-sentyabr aylarında İsveçrədənAzərbaycana 192,5 milyon ABŞ dolları dəyərində idxal əməliyyatlarıicra olunub ki, bu da illik müqayisədə 16,5 milyon ABŞ dolları vəya 7,9% azalma deməkdir.
Bu ilin ilk 9 ayında İsveçrə Azərbaycandan 53,9 milyon ABŞdolları dəyərində 90 min ton bitumlu süxurlardan alınmış xam neftvə xam neft məhsulları idxal edib. Əvəlki ilin eyni dövründə isəAzərbaycandan İsveçrəyə sözügedən məhsul ixracı qeydəalınmayıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanxarici ölkələrlə 35,375 milyard ABŞ dolları dəyərində ticarətəməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 877 milyonABŞ dolları və ya 2,5% çoxdur.
Xarici ticarət dövriyyəsinin 18,606 milyard ABŞ dolları ixracın,16,769 milyard ABŞ dolları isə idxalın payına düşüb. Ötən ilin eynidövrü ilə müqayisədə ixrac 1,248 milyard ABŞ dolları və ya 6,3%azalıb, idxal isə 2,126 milyard ABŞ dolları və ya 14,5% artıb.
Nəticədə xarici ticarətdə 1,837 milyard dollarlıq müsbət saldoyaranıb. Bu da illik müqayisədə 3,374 milyard ABŞ dolları və ya 2,8dəfə azdır.