AZ

Simonyan: Sərkisyan hakimiyyəti buna görə itirdi

BAKI, 23 oktyabr. TELEQRAF

“Respublika Partiyasının nümayəndəsi nə qədər güc və enerji toplamalıdır ki, gəlib buradan yalandan danışsın?”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan partiyanın “Şərəfim var” fraksiyasına müraciətlə bildirib.

Onun sözlərinə görə, Respublika Partiyasının bütün siyasi karyerası, hətta loqosu və lideri (Serj Sərkisyan) də yalan üzərində qurulub, məhz bu səbəbdən onlar hakimiyyəti itiriblər:

“Serj Sərkisyan o qədər çox yalan danışdı, sonda xalq dedi ki, bəsdir, bizi aldatmayın. (Nikol Paşinyana qarşı) İmpiçment elan etdiniz, 24 nəfər səs verdi, 34 nəfəri belə toplaya bilmədiniz”.

Seçilən
32
teleqraf.com

1Mənbələr