AZ

Gələn il orta pensiya məbləği 7,9 faiz artacaq

Bakı. Trend:

2026-cı ildə əmək pensiyalarının ödənişi üzrə xərclərin proqnozgöstəricisi (cəmi 7992,88 mln. manat) 2025-ci ilin təsdiq edilmişproqnoz göstəricisinə nisbətən 10,85 faiz və ya 782,35 mln. manatçox nəzərdə tutulub.

Trend-inməlumatına görə, bu məsələ “Azərbaycan Respublikasının 2026-cı ildövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihədə bildirilib ki, 2026-cı il üzrə proqnozların tərtibizamanı əmək pensiyaları xərclərinin nominal əməkhaqqının gözlənilənartım tempinə uyğun indeksləşdirilməsi (1101,6*100/1009,2=109,2faiz) nəzərə alınıb. Əmək pensiyalarının proqnozunun hesablanmasızamanı 2025-ci ilin sonuna pensiyaların aylıq məbləğinin 602,0 mln.manat olacağı, eləcə də pensiya məbləğlərində aylıq dəyişkənlikdinamikası nəzərə alınaraq 2026-cı ildə pensiya xərclərinin 7992,88mln. manat təşkil edəcəyi proqnozlaşdırılır.

İqtisadiyyat Nazirliyinin rəsmi məlumatı əsasında nominaləməkhaqqı üzrə 2025-ci ildə artım tempinin 9,2 faiz təşkil etməsinəzərə alındıqda 2026-cı ildə əmək pensiyalarınınindeksləşdirilməsi ilə bağlı illik maliyyə yükünün təqribən 635,59mln. manatadək olması gözlənilir.

Nominal əməkhaqqı üzrə göstərici dəyişəcəyi təqdirdə, pensiya vəbəzi məcburi dövlət sosial sığorta haqları hesabına ödənilənmüavinət növləri üzrə proqnozlaşdırılan xərc göstəricilərindədəyişikliklər mümkündür. Belə ki, artım tempinin əlavə olaraq cəmi1 faizədək dəyişməsinin təkcə illik pensiya xərclərinə təsiritəqribən 72,0 mln. manat ətrafında gözlənilir.

2026-cı ildə orta pensiya məbləğinin 2025-ci ildə gözlənilən537,0 manat məbləğindən təqribən 7,9 faiz artmaqla 579,2 manatətrafında məbləğ təşkil edəcəyi proqnozlaşdırılır.

Məqalədə:
Seçilən
85
1
az.trend.az

2Mənbələr