AZ

Amerikalıların əksəriyyəti Fələstin dövlətinin tanınmasını dəstəkləyir SORĞU

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Amerikalıların 59 faizi ABŞ-nin Fələstin dövlətini tanımalı olduğunu düşünür. 

Bu barədə "Reuters" və "Ipsos"-un birgə keçirdiyi yeni sorğunun nəticələrində qeyd olunur.

Sorğuda iştirak edənlərin 33%-i bu addıma qarşı çıxıb, qalanları isə qərarsız qalıb. Nəticələr göstərir ki, Demokratlar arasında Fələstin dövlətinin tanınmasına dəstək səviyyəsi yüksəkdir — onların 80 faizi bu qərarı müdafiə edir, yalnız 16%-i əleyhinə çıxır.

Respublikaçılar arasında isə dəstək daha az olsa da, bu partiyanın seçiciləri arasında da 41 faiz tanınmanı müsbət qiymətləndirib. 

Lakin respublikaçıların əksəriyyəti — 53 faiz — Fələstin dövlətinin tanınmasına qarşı mövqe bildirib. 

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
azpolitika.info

1Mənbələr