Tramp administrasiyasının Rusiya neft nəhənglərinə qarşı sanksiyaları Çini şoka salıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Agentlik qeyd edir ki, Çinin dövlət və özəl neft emalı zavodları sanksiyalardan yayınmaq və Rusiya neft ehtiyatlarının tədarükünü dəstəkləmək zərurəti arasında manevr etmək məcburiyyətindədir.
Çinin xam neft idxalının 20%-ə qədəri – bu ilin ilk doqquz ayında gündəlik təxminən 2 milyon barel – Rusiyadan gəlir. “Rosneft” və “Lukoil” şirkətləri keçən il Rusiyadan Çinə neft ixracatının təxminən dörddə birini birlikdə təmin edib.
Xatirə SADİQ