ain.az, Oxu.az portalına istinadən məlumat verir.
Moskva "Torpedo"sunun və SSRİ yığma komandasının əfsanəvi sabiq futbolçusu Viktor Şustikov 86 yaşında vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Torpedo" klubu məlumat yayıb.
Sabiq idmançı uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Müdafiəçi mövqeyində çıxış edən Şustikov 1958-1972-ci illərdə "Torpedo"da oynayıb. O, klubun heyətində ən çox oyun rekorduna sahibdir (427). Şustikov keçmiş SSRİ yığmasının heyətində 10 oyun keçirib. Sabiq müdafiəçi iki dəfə keçmiş SSRİ-də ilin ən yaxşı futbolçusu seçilib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.