AZ

Gələn il Neft Emalı Zavoduna 450 milyon manat xərclənəcək

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

2026-cı il dövlət büdcəsində əsaslı xərclərin maliyyələşdirilməsi üçün 14 milyard 84.8 milyon manat vəsait proqnozlaşdırılıb.

Oxu.Az xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.

Həmçinin, əsaslı xərclər bölməsində Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidənqurulması layihəsinin maliyyələşdirilməsi üçün 450 milyon manat, Azərbaycan Respublikasının həmtəsisçisi olduğu beynəlxalq investisiya və inkişaf fondlarının nizamnamə kapitalında Azərbaycan tərəfinin payı ilə bağlı xərclər üçün 100 milyon manat, "Avtomobil Yolları" Məqsədli Büdcə Fondu üçün 250 milyon manat, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması üçün 85 milyon manat və digər layihələr üzrə 373 milyon manat məbləğində vəsait nəzərdə tutulub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
83
3
oxu.az

10Mənbələr