AZ

“Şamaxı”dan ayrılan futbolçu Gürcüstan klubunda

Bu yay “Şamaxı”dan ayrılan braziliyalı futbolçu Maykl Tuik karyerasını Gürcüstanda davam etdirəcək.

İdmanxeber.az xəbər verir ki, 32 yaşlı vinger “Qonia” klubu ilə 1 illik müqavilə imzalayıb. Komanda Gürcüstanın 2-ci Liqasında çıxış edir.

Qeyd edək ki, Tuik ötən mövsümün ikinci yarısını “Şamaxı”da keçirmişdi.

Seçilən
58
idmanxeber.az

1Mənbələr