AZ

Zaxarova Aİ-nin sanksiyalarını ələ salıb

“Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiyalarının növbəti raundu quşların miqrasiyasını qadağan edəcək”.

Busaat.az xəbər verir ki, bu barədə 19-cu məhdudlaşdırıcı tədbirlər paketi barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova tdeyib.

“Avropa mamırı və likenləri olmadan necə yaşayacağımızı bilmirik. Göründüyü kimi, 20-ci yubiley paketi köçəri quşların sərhəddən və yeraltı su keçidlərindən keçməsini qadağan edəcək”, – diplomat istehza ilə deyib.

Daha əvvəl Zaxarova bəyan etmişdi ki, Aİ-nin Rusiyaya qarşı sanksiyaları səmərəsizdir və ilk növbədə ittifaqın özünə ziyan vurur.

Yeganə

Seçilən
35
busaat.az

1Mənbələr