KIA, elektrikli EV4 modelini alan müştərilərinə qeyri-adi bir hədiyyə təqdim edir – benzin qoxusunu xatırladan xüsusi ətir.
Marja xəbər verir ki, Finlandiyada başlayan kampaniya çərçivəsində bu ətir kiçik yanacaq bidonlarını xatırladan formada müştərilərə təqdim olunur. Bu ətir, daxili yanma mühərriklərinə olan nostaljini yenidən yaşatmağı hədəfləyir.
KIA bildirir ki, bu hədiyyə ilə şirkət elektrikli nəqliyyata keçidin təkcə texnoloji deyil, həm də emosional bir təcrübə olduğunu vurğulamaq istəyir. Kampaniya Finlandiyanın ətir istehsalçısı Max Perttula ilə əməkdaşlıq çərçivəsində hazırlanıb və sosial mediada böyük maraq doğurub.
Marka rəsmiləri qeyd ediblər ki, bu təşəbbüslə elektrikli avtomobillərə keçid prosesindəki psixoloji tərəf də nəzərə alınıb. Yumor və nostalji ilə müşayiət olunan bu yanaşma, yeni nəsil mobilliyə uyğunlaşmanı daha xoş və maraqlı edir.