AZ

"Şəfa"nın məğlubiyyətsiz oyunlar seriyası davam edir

1-ci Liqanın 6-cı turu çərçivəsində bu gün "Səbail"i qəbul edən "Şəfa" "dənizçilər"lə 2:2 hesablı heç-heçəyə razılaşıb.

Fanat.Az-ın hesablamalarına görə, bu nəticə sayəsində "Şəfa"nın məğlubiyyətsiz oyunlar seriyası bir qədər uzanıb.

Belə ki, sözügedən komanda baş məşqçi Elgiz Kərəmlinin rəhbərliyi altında artıq 19 oyundur ki, yenilgi tanımır. Bu matçlardan 13-ü 2-ci, 6-sı isə 1-ci Liqaya təsadüf edib.

Xatırladaq ki, "Şəfa" ötən mövsüm 2-ci Liqada 2-ci yeri tutaraq 1-ci Liqada iştirak hüququ qazanıb.

Nihat 

Seçilən
42
1
fanat.az

2Mənbələr