AZ

2026-cı ildə məcburi dövlət sosial sığorta haqları hesabına veriləcək müavinətlərin proqnozu məlum olub

Bakı. Trend:

2026-cı ildə məcburi dövlət sosial sığorta haqları hesabınaverilən müavinətlərin proqnozu 203,57 mln. manat məbləğində nəzərdətutulur.

Trend-inməlumatına görə, bu məsələ “Azərbaycan Respublikasının 2026-cı ildövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihədə bildirilib ki, bu, 2025-ci ilin təsdiq edilmişproqnozunu 2,60 faiz və ya 5,16 mln. manat üstələyib.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə vədoğuma görə müavinət növlərində birbaşa əməkhaqqı və əsaselementlərdən biri olaraq gəlir nəzərə alındığından bu müavinətnövləri üzrə proqnoz göstəricilərinin müəyyən olunması zamanıişçilərin gözlənilən orta aylıq əməkhaqqı artım templəri üzrəsubekonometrik hesablamalar aparılıb.

Digər müavinət növləri üzrə isə hesablamalardasığortaolunanların dəyişmə dinamikası əsas götürülməkləproqnozlaşdırma aparılıb.

Məqalədə:
Seçilən
42
1
az.trend.az

2Mənbələr