AZ

Azərbaycanda koronavirus yenidən gündəmdə - Son zamanlar ölən olubmu?

Azərbaycanda koronavirusla bağlı xüsusi karantin rejimi hələ də qüvvədədir, buna görə sərhədlər bağlıdır. Son zamanlar isə ölkədə qrip infeksiyasına yoluxma halları artıb. Bəziləri bunun əlamətlərinin COVID-19 infeksiyasına çox bənzədiyini, hətta oxşar olduğunu iddia edirlər.

Bəs ölkədə son aylarda koronavirusa yoluxma dinamikası hansı səviyyədədir? Kütləvi yoluxma və ölüm halları qeydə alınıbmı?

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda əhalinin böyük hissəsində koronavirusa qarşı immunitet formalaşıb və bu səbəbdən COVID-19 infeksiyası mövsümi respirator viruslar səviyyəsində qiymətləndirilir: Dördpendirli pizza

“Əhali arasında profilaktik və əks-epidemik tədbirlərin gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyi tərəfindən qrip əleyhinə vaksinasiya kampaniyasına start verilib. Bu məqsədlə Fransanın “Sanofi Pasteur” şirkətinin istehsalı olan, təhlükəsizliyi və keyfiyyəti beynəlxalq standartlara cavab verən vaksin preparatları ölkəyə gətirilib.

Əhalinin sağlamlığının qorunması və respirator xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə nazirlik vətəndaşları mövsümi qripə qarşı peyvənd olunmağa çağırır. Qripə qarşı vaksinasiya ödənişsizdir və yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrində aparılır”.

Qeyd edək ki, koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının və onun fəsadlarının qarşısının alınması məqsədilə xüsusi karantin rejimi 2026-cı il yanvarın 1-i saat 06:00-dək uzadılıb.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Seçilən
40
yenisabah.az

1Mənbələr