AZ

Putin: Rus ailəsinin üçdən çox uşağı olmalıdır

BAKI, 23 oktyabr. TELEQRAF

“Rusiya vətəndaşlarının ailədə arzuladıqları uşaqların sayı artıb, üçdən çoxa çatıb, halbuki 2005-ci ildə bu göstərici 2,4 uşaq səviyyəsində idi”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin dövlətin demoqrafik və ailə siyasəti ilə bağlı tədbirdə deyib.

“Sosioloqların məlumatına görə, vətəndaşlarımızın getdikcə daha çoxu ailələrinin çoxuşaqlı olmasını arzulayır. 2005-ci ildə insanlar hesab edirdilər ki, ailədə 2,4 uşaq olmalıdır, indi isə artıq üçdən çoxdur. Bu meyl çox vacibdir”, - o vurğulayıb.

Putin əlavə edib ki, üç və daha çox uşağın olduğu ailə Rusiyada norma halına gəlməlidir.

Seçilən
62
teleqraf.com

1Mənbələr