Bu gecə Rusiyanın “Rosneft” şirkətinə məxsus Ryazan neft emalı zavodunda dron zərbəsindən sonra güclü partlayış və genişmiqyaslı yanğın baş verib.
APA xəbər verir ki, bu barədə Ukrayna silahlı qüvvələrinin Baş qərargahı məlumat verib.
Məlumata görə, zavodun illik emal gücü 17 milyon tondan çox neft təşkil edir və bu müəssisə Rusiya silahlı qüvvələrinin yanacaqla təminatında mühüm rol oynayır.
Bundan əlavə bildirilir ki, “Ukrayna Xüsusi Əməliyyat Qüvvələri Belqorod vilayətinin Valuyki rayonu ərazisində Rusiya ordusuna məxsus sursat anbarını məhv edib”.
Ukrayna ordusunun son əməliyyatları Rusiyanın hərbi-logistik imkanlarına növbəti zərbə kimi qiymətləndirilir. Qeyd edilib ki, belə zərbələr qarşı tərəfin döyüş qabiliyyətini zəiflətməyə və resurslarını tükəndirməyə yönəlib.