AZ

Ermənistan və Fransa XİN rəhbərləri regional məsələləri müzakirə edib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Parisdə fransalı həmkarı Jan-Noel Barro ilə görüşüb.

Missiya.Az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, söhbət zamanı nazirlər Ermənistan və Fransa arasında əməkdaşlığın bütün gündəliyini müzakirə ediblər.

Məlumata görə, strateji əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində görülən işlər, o cümlədən Ermənistan-Avropa İttifaqı tərəfdaşlığının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi də aparılıb.

Qeyd olunub ki, bundan əlavə Ararat Mirzoyan və Jan-Noel Barrot regional məsələləri, o cümlədən avqustda Vaşinqtonda əldə olunmuş razılaşmaların icrasını və mühüm hadisələri müzakirə ediblər.

Daşqın HəsənovMissiya.Az

Seçilən
74
missiya.az

1Mənbələr