AZ

Gələn il üzrə dövlət büdcəsinin yerli gəlir və xərcləri proqnozlaşdırılıb

Bakı. Trend:

Gələn il dövlət büdcəsi gəlirlərinin tərkib hissəsi olan yerligəlirləri 758,3 milyon manat, yerli xərcləri isə 759,1 milyon manatməbləğində proqnozlaşdırılır.

Trend-inməlumatına görə, bu məsələ “Azərbaycan Respublikasının 2026-cı ildövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Məlumata görə, yerli xərclərin 246,8 milyon manatı və ya 32,5faizi ətraf mühitin mühafizəsi xərclərinə
(sanitar təmizlik və abadlaşdırılma xidmətləri haqqının ödənilməsivə s.), 218,6 milyon manatı və ya 28,8 faizi icra hakimiyyətiorqanlarının saxlanılması xərclərinə, 212,1 milyon manatı və ya27,9 faizi mənzil və kommunal təsərrüfatı xərclərinə, 47,1 milyonmanatı və ya 6,2 faizi nəqliyyat və rabitə xərclərinə (yollarınəsaslı təmiri xərcləri 46,3 milyon manat, avtomobil nəqliyyatıfəaliyyətinin tənzimlənməsi və digər nəqliyyat xərcləri 0,8 milyonmanat), 15,5 milyon manatı və ya 2 faizi kirayəyə götürülmüşyaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara(ehtiyatda və istefada olan hərbi qulluqçular da nəzərə alınmaqla)pul kompensasiyasının ödənilməsi xərclərinə, 5,7 milyon manatı vəya 0,8 faizi mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi,gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə və13,3 milyon manatı və ya 1,8 faizi digər xərclərə yönəldiləcək.

İqtisadi təsnifata uyğun olaraq, 2026-cı il üçün yerlixərclərinin əməyin ödənişi xərcləri 51,9 faiz olmaqla 394,1 milyonmanat, iş və xidmətlərin alınması xərcləri 29,5 faiz olmaqla 223,9milyon manat, malların satınalınması ilə bağlı xərclər 3 faizolmaqla 22,5 milyon manat, qeyri-maliyyə aktivlərinə aid olanxərclər 15,1 faiz olmaqla 115,0 milyon manat, subsidiyalar 0,1 faizolmaqla 0,9 milyon manat və sosial ödənişin xərcləri 0,4 faizolmaqla 2,7 milyon manat təşkil edəcək.

Seçilən
45
1
az.trend.az

2Mənbələr