AZ

Tramp: ABŞ-ın hava hücumları İranın nüvə potensialını sıradan çıxardı

ABŞ-ın iyun ayında hava hücumları İranın nüvə potensialını sıradan çıxarıb.

APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “TIME” jurnalına bildirib.

Tramp əməliyyatı qüsursuz hücum kimi qiymətləndirib.

“ABŞ-ın iyun ayında hava hücumları İranın nüvə obyektlərini cəhənnəmə döndərdi və nüvə potensialını sıradan çıxardı. Tehran sağ qalmaq üçün mübarizə apardı”, - Ağ Ev lideri qeyd edib.

Onun sözlərinə görə, zərbələr İranı Yaxın Şərqdə qorxudan çıxarıb və sülh səylərini mümkün edib.

Tramp əlavə edib ki, sanksiyalar İranı çox zəif edib.

O, Tehranın qüdrətinin məhdudlaşdırılmasının açarı kimi İranın yüksək rütbəli hərbi komandirlərinin, o cümlədən Qasım Süleymaninin öldürülməsini göstərib.

Seçilən
61
1
apa.az

2Mənbələr