Qazaxıstanda, Samara-Şımkent avtomobil yolunda yük maşını və minik avtomobili toqquşub.
Ölkə.az "Sputnik Qazaxıstan"a istinadla xəbər verir ki, qəza nəticəsində 12 nəfər ölüb.
Məlumata görə, daha 5 nəfər isə yaralanıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.
Qəzadan sonra hökumət komissiya yaradıb. Ölən və yaralananların ailələrinə yardım göstəriləcəyi bildirilir.
Baş nazir Oljas Bektenov komissiyaya dərhal öz işinə başlamağı, qəzanın səbəblərinin hərtərəfli araşdırılmasını təmin etməyi, həlak olanların və xəsarət alanların ailələrinə ilk növbədə yardımın göstərilməsini tapşırıb.
Həmidə İbrahimova