AZ

Medvedev elan etdi: “ABŞ düşmənimizdir” 

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Budapeştdə keçirilən Rusiya-Amerika sammitinin ləğvini və Vaşinqtonun yeni sanksiyalarını “Rusiyaya qarşı müharibə aktı” adlandırıb. 

NOCOMMENT.az xəbər verir ki, Medvedev bu barədə öz Telegram kanalında yazıb.

Onun sözlərinə görə, Vaşinqtonun qərarları ABŞ-nin Rusiyanın düşməni olduğunu nümayiş etdirir: “ABŞ bizim düşmənimizdir və onların danışan “sülhməramlısı” indi tam şəkildə Rusiyaya qarşı müharibə cığırına çıxıb. Bəli, o, hələlik heç də həmişə Bandera Kiyevinin tərəfində fəal döyüşmür, lakin bu, indi onun münaqişəsidir”.

Təhlükəsizlik Şurasının sədr müavini qeyd edib ki, ABŞ prezidenti Donald Tramp hazırda Aİ ölkələrinin Ukrayna münaqişəsi ilə bağlı mövqeyini tam dəstəkləyir.

Bununla belə, o, əlavə edib ki, bunun “aşkar üstünlüyü” var: “Lüzumsuz danışıqlara getmədən Banderanın bütün gizləndiyi yerləri deşmək üçün müxtəlif silahlardan istifadə etmək olar”.

Donald Tramp oktyabrın 23-nə keçən gecə rusiyalı həmkarı ilə Budapeştdə planlaşdırılan görüşü ləğv edib, ABŞ Maliyyə Nazirliyi isə Rusiyaya qarşı yeni məhdudiyyətlər, o cümlədən “Rosneft” və “Lukoyl”a qarşı sanksiyalar elan edib.

Xatirə SADİQ

Seçilən
54
nocomment.az

1Mənbələr