BAKI, 23 oktyabr. TELEQRAF
Hindistan Prezidenti Draupadi Murmunu daşıyan helikopter Kerala ştatının cənubunda eniş edərkən yeni döşənmiş yola çırpılıb.
Teleqraf xəbər verir ki, bu barədə “The Times of India” məlumat yayıb.
Hadisə prezidentin ştata dörd günlük rəsmi səfəri zamanı baş verib.
Helikopterin enişinə bir neçə saat qalmış sahəyə asfalt döşənib.
Təyyarə eniş etdikdən dərhal sonra helikopter meydançasının bir hissəsi dağılıb.
Polis və yanğınsöndürənlər təhlükəsizliyi təmin etmək üçün cəld hərəkətə keçərək vertolyotu əlləri ilə kənara itələyiblər.
Hindistan prezidenti səfərini maşınla davam etdirməyə məcbur olub.