AZ

“Arsenal” və “Çelsi” argentinalı futbolçu ilə maraqlanır

İngiltərə Premyer Liqasının iki top-klubu – “Arsenal” və “Çelsi” “Komо”nun argentinalı yarımmüdafiəçisi Nikolas Pasın transferinə maraq göstərir.

Apasport.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

London klubları 21 yaşlı futbolçunu “Real”a qayıtmaq fikrindən daşındırmağa çalışacaqlar. Pas əvvəllər Madrid təmsilçisində çıxış edib, ancaq “Real”ın hazırda onun mövqeyində çoxsaylı oyunçulara sahib olması Premyer Liqaya keçidi daha real göstərir.

Nikolas Pas cari mövsümdə A Seriyasında “Komо”nun heyətində 7 matçda meydana çıxıb, 4 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

“Real”ın baş məşqçisi Xabi Alonso da gənc yarımmüdafiəçinin oyununu yaxından izləyir.

"Çelsi"dən unikal göstərici

ÇL: Həftənin ən yaxşı futbolçusu adına namizədlər

Super Liqa: "Beşiktaş"dan qələbə

Çexiya millisində müvəqqəti baş məşqçi

"Liverpul" "Bayer"in futbolçusunu istəyir

Seçilən
63
1
apasport.az

2Mənbələr