Əməkdar artist Mehriban Xanlarova qızı Aysel Xanlarovanı bağışlamayıb.
Yenisabah.az olay-a istinadla xəbər verir ki, bu barədə Aysel “Günə uğurla”da danışıb.
O bildirib ki, anası onunla efirdə barışsa da, sonradan barışmadığını bildirib: pizza sifarişi
“Barışmadı. Efirdən sonra dedi ki, səninlə barışmıram. Bir dəfə demişdi ki, ölsəm, meyitimin üstünə gəlmə. Nə qədər cəhd etdim, barışmadı.
3 yaşımdan yetim qalmışam, atam yoxdur, anam xəstə olub, vəfat edib. Mehriban xanım mənə xala yox, ana olub. 4 uşağım onunla qalırdı, 2 uşağım rayonda yanımda idi. Bundan əlavə bazarlığımı, geyimimi, hər şeyi o alırdı. Mehriban xanımın nazına dözməyə hazıram. Amma kənardan müdaxilə olanda ona inanır. Barmağında balaca yara da olsa, yenə gedərəm. Mənim xalam deyil, anam olub. Onun sayəsində mən Aysel Xanlarovayam. Aramızı vuranlar olub. Nə qədər etsəniz də, ət dırnaqdan ayrılmaz”.
Telegram kanalımız