AZ

2026-cı il dövlət büdcəsinin gəlir və xərcləri məlum olub

BAKI, 23 oktyabr. TELEQRAF

2026-cı il üçün dövlət büdcəsinin gəlirləri 38609,0 milyon manat proqnozlaşdırılır ki, bu da 2025-ci ilin proqnozu ilə müqayisədə 253,0 milyon manat və yaxud 0,7 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 1447,2 milyon manat və yaxud 3,9 faiz çoxdur.

Teleqraf xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Dövlət büdcəsinin xərcləri 41703,6 milyon manat proqnozlaşdırılır ki, bu da 2025-ci ilin proqnozu ilə müqayisədə 296,0 milyon manat və yaxud 0,7 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 3990,0 milyon manat və yaxud 10,6 faiz çoxdur. Dövlət büdcəsi kəsirinin yuxarı həddi 3094,6 milyon manat və ya ÜDM-in 2,3 faiz səviyyəsində proqnozlaşdırılıb.

Seçilən
73
teleqraf.com

1Mənbələr