AZ

“Ərdoğan qərarlı və bilikli liderdir” – Stoltenberq

NATO-nun keçmiş baş katibi Yens Stoltenberq 10 illik fəaliyyəti ilə bağlı xatirələrini yazdığı “Mənim Zamanımda: Müharibə Zamanında NATO-ya liderlik” adlı kitabında Türkiyə və Prezident Rəcəb Tayyib Ərdoğana geniş yer ayırıb.

Busaat.az xəbər verir ki, Stoltenberq Ərdoğanı məsələləri dərindən anlayan qətiyyətli və məlumatlı bir lider olaraq xarakterizə edərək, onunla ünsiyyət qurmağın asan olduğunu deyib.

Kitabında 2019-cu ildə “Sülh çeşməsi” əməliyyatından əvvəl Suriyanın şimalında təhlükəsiz bölgə yaradılması ilə bağlı müzakirələrə də yer verən Stoltenberq Ərdoğanın reaksiyasını belə izah edib:

“YPG terror təşkilatıdır. Bunu əvvəllər də qəbul etmişdiniz. Niyə fikrinizi dəyişdiniz?”

Stoltenberq Ərdoğanın “İŞİD-lə mübarizə aparmaq üçün onlara ehtiyacınız var, lakin bu, onları daha az terrorçu etmir” dediyini qeyd edərək, bu mövzuda prezident Ərdoğanla həmfikir olduğunu yazıb.

“Ərdoğan bir daha haqlı idi. İŞİD-ə qarşı qurudan və havadan əməliyyatlar BMT Təhlükəsizlik Şurasının dəqiq icazəsi olmadan həyata keçirilirdi”,-Stoltenberq qeyd edib.

Yeganə

Seçilən
34
busaat.az

1Mənbələr