AZ

Gələn il “Bakı Metropoliteni”nə 40 milyon manat subsidiya ayrılacaq

BAKI, 23 oktaybr. TELEQRAF

Metroda sərnişindaşıma xidməti üzrə gediş haqqı tariflərinin artımı da nəzərə alınmaqla, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə sərnişindaşıma xidmətinin maya dəyərindən aşağı olması nəticəsində yaranan zərərin ödənilməsi məqsədilə 2026-cı il üçün 40 milyon manat subsidiya ayrılması nəzərdə tutulub.

Teleqraf xəbər verir ki, bu barədə 2026-cı ilin büdcə zərfinin layihəsində qeyd edilib.

Bu göstərici 2025-ci illə müqayisədə 12,3 milyon manat və ya 44,6 faiz çoxdur.

Qeyd edək ki, 2026-cı il dövlət büdcəsindən iqtisadi fəaliyyət xərcləri bölməsinə aid olan nəqliyyat və rabitə xərcləri üçün 286,9 milyon manat vəsait proqnozlaşdırılıb.

Seçilən
10
teleqraf.com

1Mənbələr