AZ

Türkmənistan Xəzər dənizi ilə bağlı yeni təklif verdi

BAKI, 23 oktyabr. TELEQRAF

Oktyabrın 22-də Türkmənistan xarici işlər naziri Rəşid Meredovun başçılıq etdiyi nümayəndə heyəti 5-ci Tbilisi İpək Yolu Forumunda iştirak edib.

Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Rəşid Meredov çıxışında Türkmənistanın təhlükəsizliyə etimad, qabaqlayıcı diplomatiya və neytrallığa əsaslanan hərtərəfli konsepsiya kimi baxdığını bildirib.

Xarici işlər naziri Qlobal Təhlükəsizlik Strategiyasının işlənib hazırlanmasını təklif edib, həmçinin Türkmənistanın 2030-cu ilədək Davamlı İnkişaf Gündəliyinə sadiqliyini bir daha vurğulayıb.

Bundan əlavə, Türkmənistan tərəfi Xəzər və Qara dənizlərin ekosistemlərinin mühafizəsi üzrə beynəlxalq platformanın yaradılmasını və 2028-ci ilin Beynəlxalq Hüquq İli elan edilməsini təklif edib.

Forumda nəqliyyat, logistika, Orta Dəhlizin inkişafı, enerji, rəqəmsal texnologiyalar və Gürcüstanın investisiya imkanlarına dair panel müzakirələri aparılıb.

Seçilən
83
teleqraf.com

1Mənbələr