Ajans.az xəbər verir ki,Moskva Arbitraj Məhkəməsinin 17 oktyabr 2025-ci il tarixli qərarına əsasən, ALEF TRADE MSK-nın restoran tərəfindən ödənilməyən avadanlıq dəyəri, cərimələr və öhdəliklərlə bağlı iddiaları təmin edilməyib. İddiaçı avadanlığın geri qaytarılmaması (75,000 rubl), 32,000 rubl cərimə və 960,000 rubl öhdəliklər üzrə tələb irəli sürmüş, əlavə olaraq 57,000 rubl dövlət rüsumunun ödənilməsini tələb etmişdi. Məhkəmə qərarında Fadeev və Ağalarovun MUSICAL CAFE MMC-də bərabər paya – 50/50 sahib olduqları qeyd olunub. Bu qərar restoranın itkilərini azaltmaqda mühüm rol oynayacaq.