AZ

Onkoloji xəstələrin müalicəsinə ayrılan vəsaitin məbləği açıqlandı

BAKI, 23 oktyabr. TELEQRAF

Onkoloji xəstəliyə tutulmuş şəxslərin müalicəsinin və reabilitasiyasının həyata keçirilməsi, dərman preparatlarına olan tələbatın ödənilməsi və bu sahənin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə Milli Onkologiya Mərkəzi üçün 64,1 milyon manat vəsait ayrılıb.

Teleqraf xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Eyni zamanda Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası üçün 1,5 milyon manat olmaqla, cəmi 65,6 milyon manat vəsait yönəldiləcək.

Seçilən
73
teleqraf.com

1Mənbələr