Daha əvvəl xəbər verdiyimiz kimi, "Fənərbaxça"nın zədəli futbolçuları Con Duran və Ederson Moraes UEFA Avropa Liqasının "Ştutqart"la matçını buraxacaqdılar.
Apasport.az xəbər verir ki, hər iki futbolçu komandanın start heyətində meydana çıxa bilər.
Bu barədə Türkiyəli insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Onun sözlərinə görə, hər iki oyunçu matçdan əvvəl sınaqdan keçiriləcək və hər hansı problem olmazsa, "Ştutqart"la qarşılaşmanın heyətinə daxil ediləcək.
Qeyd edək ki, Türkiyə nəhəngi Almaniya klubunu bu gün saat 20:45-də "Çobani" stadionunda qəbul edəcək.
Andrade avrokuboklar tarixinə düşüb
"Çelsi"dən unikal göstərici
ÇL: Həftənin ən yaxşı futbolçusu adına namizədlər
Super Liqa: "Beşiktaş"dan qələbə
Çexiya millisində müvəqqəti baş məşqçi