Türkiyə Müdafiə Nazirliyi beynəlxalq kontingentin tərkibində Qəzza zolağında sülhməramlı missiyaları yerinə yetirməyə hazır olduğunu bəyan edib.
Editor.az bildirir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat katibi Zeki Aktürk məlumat verib: “Türkiyə Silahlı Qüvvələri əvvəlki sülhməramlı missiyalar zamanı əldə etdiyi təcrübəyə əsaslanaraq, beynəlxalq hüquq normaları çərçivəsində sülhün bərqərar olması və qorunub saxlanılması üçün onlara verilən istənilən vəzifəni yerinə yetirməyə hazırdır”, – Türkiyə Müdafiə Nazirliyinin sözçüsü bildirib. O, bəyan edib ki, Ankara Qəzza sülh prosesinin digər iştirakçıları ilə əlaqələri davam etdirir.
Bundan əvvəl Türkiyədən olan könüllülər Qəzzaya göndərilib və orada Fələstin anklavında dağıntıları və kommunikasiyaları təmizləməyə başlayıblar.
Xatırladaq ki, oktyabrın ortalarında ABŞ Qəzzada beynəlxalq sülhməramlı əməliyyat planlaşdırmağa başlayıb. Vaşinqton Azərbaycan, İndoneziya, BƏƏ, Misir və Qətər qoşunlarını cəlb edə bilər.
//Samir Qurbanov, Editor.az