XIV Papa Leo və III Kral Çarlz 500 ildən sonra ilk dəfə birlikdə dua ediblər
                    
                        Ajans.az xəbər verir ki,bu, 500 ildən sonra ilk dəfə belə bir ibadətin həyata keçirilməsi kimi tarixə düşüb. III Kral Çarlzı həyat yoldaşı Kraliça Kamilla müşayiət edib. Dualar həm ingilis, həm də latın dillərində qılınıb. Kral cütlüyü bu görüş üçün Vatikana dövlət səfəri ilə gəlib. Səfər əvvəlcə aprel ayına planlaşdırılsa da, əvvəlki Papa Fransisin səhhəti ilə bağlı təxirə salınmışdı. Bu unikal hadisə iki böyük xristian kilsəsinin rəhbərlərinin tarixi yaxınlaşmasının simvolu kimi qiymətləndirilir.  
                        
                    
                    
                
                
                
             
         
        
     
 
 
 
         
        
        
        
        
