AZ

Gələn il Dövlət Neft Fondunun büdcəyə transfertləri azalacaq

BAKI, 23 oktaybr. TELEQRAF

Dövlət Neft Fondunun (ARDNF) dövlət büdcəsinə transfertinin məbləği 2025-ci illə müqayisədə 1 milyard 646 milyon manat və ya 11,4 faiz az proqnozlaşdırılır.

Teleqraf xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Gələn il Fondun ümumi xərcləri 12 milyard 835 milyon manat həcmində dövlət büdcəsinə transfert, 7,1 milyon manat “2019–2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na, 99,2 milyon manat “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”na, 32,8 milyon manat isə ölkə Prezidentinin 22 iyul 2025-ci il tarixli sərəncamına əsasən “Ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” proqram çərçivəsində beynəlxalq ikili diplom layihələrinin maliyyələşdirilməsinə yönəldiləcək.

Seçilən
107
teleqraf.com

1Mənbələr