BAKI, 23 oktyabr. TELEQRAF
Gələn il üçün işğaldan azad olunmuş ərazilərin bərpasına 3.5 milyard manat ayrılıb.
Teleqraf xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi, şəhər və kəndlərin
 yenidən qurulması və bərpası, həmin ərazilərdə müasir infrastrukturların yaradılması (elektrik
 enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri
 infrastrukturların və mədəni-tarixi abidələrin bərpası və yenidən qurulması, yaşayış evlərinin tikintisi
 və s.) məqsədilə 2026-cı ilin dövlət büdcəsində 3.5 milyad manat məbləğində vəsait nəzərdə
 tutulub.
 
                        