Qazaxıstanda məskunlaşmış ərazidən kənarda “mənşəyi naməlum” pilotsuz təyyarə partlayıb.
Editor.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Hadisə Qərbi Qazaxıstan vilayətinin Burlin rayonunda baş verib. İHA dağıntıları “uzaq əraziyə” düşüb. Nazirlikdən bildirilib ki, xəsarət alan və maddi ziyan yoxdur.
Qazaxıstan hava məkanına nəzarəti gücləndirmək üçün əlavə tədbirlər görüb və xarici tərəfdaşları ilə məsləhətləşmələr aparır. Rusiyalı müharibə müxbiri Yuri Kotenok özünün Telegram kanalında bildirib ki, pilotsuz təyyarənin qalıqlarında Ukrayna dilində yazılar olub.
O, tapılan parçaların fotoşəkillərini, o cümlədən Ukrayna yazıları olan fotoşəkili dərc edib.
//Samir Qurbanov, Editor.az