“Real”ın futbolçusu Arda Güler UEFA Çempionlar Liqasının “Yuventus” üzərindəki qələbəsini dəyərləndirib.
İdmanxeber.az xəbər verir ki, İtaliya təmsilçisinə qarşı keçirilən görüşdə oyunun ən yaxşı futbolçusu seçilən türk yarımmüdafiəçi matçdan sonra fikirlərini bölüşüb:
“Oyunun adamı olmaq? Əvvəlcə bütün komanda yoldaşlarıma və bizi dəstəkləyən azarkeşlərə təşəkkür edirəm. Əla oyun göstərdik və vacib 3 xal qazandıq.”
Gənc futbolçu La Liqanın növbəti turunda keçiriləcək “El Klasiko” barədə danışıb:
“Barselona”ya qarşı qalib gəlmək üçün mübarizə aparacağıq.”