“Barselona” rəhbərliyi baş məşqçi Hans-Diter Flikin diskvalifikasiyası ilə bağlı təkrar apellyasiya müraciəti edib.
Publika.az xəbər verir ki, İspaniya Krallıq Futbol Federasiyasının (RFEF) intizam komitəsi Kataloniya klubunun ilk şikayətini artıq rədd edib. İndi “Barselona” təşkilatın apellyasiya komitəsinə müraciət edib.
Əgər bu dəfə də qərar dəyişməz qalarsa, klubun İdman inzibati məhkəməsinə (TAD) müraciət etmək imkanı saxlanacaq.
Qərarın yekun rədd edilməsi halında, növbəti oyunda komandanı Flikin köməkçisi Markus Zorg idarə edəcək.
Xatırladaq ki, 9-cu turda “Jirona” ilə oyunda Flik 91-ci dəqiqədə iki sarı vərəqə alaraq meydandan qovulub.