AZ

Rumıniyada kiçik təyyarə qəzaya uğrayıb, pilot ölüb

Buxarest, 23 oktyabr, AZƏRTAC

Rumıniyanın şərqindəki Bakani yaşayış məntəqəsinin yaxınlığında kiçik təyyarə qəzaya uğrayıb, hadisə nəticəsində pilot həlak olub.

AZƏRTAC xəbər verir ki, rəsmi məlumata görə, bu, yüngül tipli təyyarə olub və göyərtədə yalnız pilot var imiş. Qəza eniş zamanı baş verib.

İlkin ehtimallara əsasən, hadisəyə güclü duman səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

İlkin məlumatlara görə, həlak olan şəxs Rumıniyada “Daily Group” şərabçılıq və ticarət şirkətinin sahibi olan iş adamıdır.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Seçilən
56
2
azertag.az

3Mənbələr