AZ

Restoranların qarşısında dayanaraq müştəri çağırmaq qadağan edilir - YENİ QƏRAR

Türkiyənin İstanbul şəhərində küçədə dayanıb restoranlara müştəri çağırmaq qadağan edilib.

“Yeni Sabah”ın xəbərinə görə, bu barədə İstanbul valiliyi qərar verib.  

Məqsəd turistik bölgələrdə bəzi satıcı və ya işçilərin müştəriləri israrla mağazaya, restorana və ya xidmət göstərilən yerə çağırması, bəzən də aldadıcı və ya təzyiqedici davranışlarla alış-verişə məcbur etməsinin qarşısını almaqdır. Dördpendirli pizza

Qərara əsasən, bu ərazilərdə fəaliyyət göstərən bütün obyektlərdə səsli və görüntülü kamera sistemlərinin quraşdırılması məcburi olacaq.

Bundan əlavə, işçilərə yalnız iş yerinin qarşısından 50 santimetr məsafəni keçmədən müştərilərə “xoş gəlmisiniz” deməyə icazə veriləcək. Bunun xaricində müştəriləri cəlb etməyə və ya yönləndirməyə yönələn hərəkətlər qadağan olunur.

Valiliyin açıqlamasında bildirilib ki, bəzi obyektlərdə müşahidə olunan bu cür davranışlar İstanbulun turizm imicinə mənfi təsir göstərir, həmçinin turistlərin rahatlığına və təhlükəsizliyinə zərər vurur. Yeni qaydaların məqsədi şəhərin turizm mühitində intizamı və etibarı qorumaqdır.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
99
yenisabah.az

1Mənbələr