BAKI, 23 oktyabr. TELEQRAF
"Azərbaycan Gənclər Parlamenti" İctimai Birliyinin layihə rəhbəri Asiman Qocayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyev sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Cinayət işi məhkəmə baxışına verilib.
Məhkəmənin baxış iclası noyabrın 6-na təyin edilib.
Qeyd edək ki, A.Qocayev Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri - hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində aparılan cinayət işi üzrə istintaq çərçivəsində məsuliyyətə cəlb olunub. O Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə İttiham olunur.