AZ

Gələn il dövlətin sosial müdafiə və sosial təminat xərcləri artırılacaq

Bakı. Trend:

2026-cı ilin dövlət büdcəsinin layihəsində sosial müdafiə vəsosial təminat xərcləri üçün 4873,0 milyon manat vəsaitproqnozlaşdırılıb ki, bu da 2025-ci illə müqayisədə 121,2 milyon 32manat və ya 2,6 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 721,8milyon manat və ya 17,4 faiz çoxdur.

Trend-in məlumatına görə, bu məsələ “AzərbaycanRespublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanunlayihəsində öz əksini tapıb.

Sosial müdafiə və sosial təminat xərclərinin dövlət büdcəsixərclərinin tərkibində xüsusi çəkisi 11,7 faiz (2025-ci illəmüqayisədə 0,2 faiz-bəndi çox) təşkil edəcək. 2022-ci illəmüqayisədə 2026-cı ildə bu xərclərin dövlət büdcəsi xərclərinintərkibində xüsusi çəkisi 0,9 faiz-bəndi, mütləq ifadədə isə 1408,6milyon manat və ya 40,7 faiz artıb.

Əhalinin gəlir əldə etmək imkanlarının və rifahınınyaxşılaşması, yoxsulluq səviyyəsinin azaldılması, aztəminatlıailələrin, xüsusilə də sosial cəhətdən həssas təbəqələrin sosialmüdafiəsinin gücləndirilməsi və digər sosial tədbirlərin maliyyətəminatı üçün 2026-cı ilin dövlət büdcəsinin layihəsində 2750,9milyon manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2025-ci illəmüqayisədə 150,7 milyon manat və ya 5,8 faiz çoxdur.

2026-cı il üçün nəzərdə tutulmuş sosial müdafiə və sosialtəminat xərclərindən əhaliyə yaşa, əlilliyə, ailə başçısınıitirməyə və digər sosial müavinətlərin və müharibə əlillərinə,ümumi səbəbdən əlilliyi olan şəxslərə, müharibə veteranlarına,şəhid ailələrinə ödənilən Azərbaycan Respublikası Prezidentinintəqaüdlərinin maliyyələşdirilməsi üçün 2144,7 milyon manat (2025-ciilə nisbətən 201,8 milyon manat və ya 10,4 faiz çox), ünvanlıdövlət sosial yardımlarının verilməsi üçün 465,0 milyon manat,haqqı ödənilən ictimai işlərlə bağlı xərclər üçün 141,2 milyonmanat vəsait proqnozlaşdırılmışdır.

Seçilən
33
1
az.trend.az

2Mənbələr