BAKI, 23 oktaybr. TELEQRAF
2026-cı ildə Azərbaycanda turizmin inkişafı, genişləndirilməsi və stimullaşdırılması məqsədilə Dövlət Turizm Agentliyinə dövlət büdcəsindən 46,7 milyon manat vəsait ayrılması nəzərdə tutulur.
Teleqraf xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.